Dünya ölkələrində avtobusları belə gözləyirlər - FOTO

Maraqlı 28 Yanvar 2017 11:00 Oxunub 4063
Dünya ölkələrində avtobusları belə gözləyirlər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yer kürəsinin ayrı-ayrı ölkələrində ictimai nəqliyyatdan istifadə fərqli formadadır

Dünyanın hər bir ölkəsinin, xalqının özünəməxsus adət-ənənəsi, yaşam tərzi, yazılmış və yazılmamış qaydaları var. Sadaladıqlarımız eyni regionda, bölgədə yerləşən, hətta qonşu olan ölkələrin özlərində belə tam fərqlidir. Belə qaydalardan biri də ictimai nəqliyyatdan istifadədir. Belə ki, Yer kürəsinin ayrı-ayrı ölkələrində ictimai nəqliyyatdan istifadə və ümumiyyətlə, ictimai münasibətlər fərqli formadadır. Faktlar göstərir ki, dünyanın bir sıra dövlətlərinin paytaxtlarında, habelə iri şəhərlərində vətəndaşlar avtobuslardan, tramvaylardan, trolleybuslardan fərqli cür istifadə edirlər. Ən maraqlı cəhətlərdən biri də onların dayanacaqlarda avtobus gözləmə qaydalarıdır. Avtosfer.az Publika.az-a isitnadən bir sıra ölkələrin paytaxtlarında, o cümlədən Buenos-Ayresdə, Kiyevdə, Vaşinqtonda, Cakartada, Varşavada, Braziliyada, Dehlidə, habelə Bombey, Marsel, Yalta şəhərindəki avtobus dayanacaqlarında sakinlərin avtobus gözləmə qaydalarının fotolarını təqdim edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh