İngilis nəşrindən şok iddia: Gələn ay Yerə nəhəng asteroid düşəcək

Maraqlı 29 Yanvar 2017 09:17 Oxunub 1212
İngilis nəşrindən şok iddia: Gələn ay Yerə nəhəng asteroid düşəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qlobal miqyaslı fəlakət fevralın 16-da baş verə bilər

İri asteroidin Yerlə toqquşması təhlükəsi barədə növbəti həyəcanlı xəbərdarlıq edilib. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, qlobal miqyaslı fəlakət fevralın 16-da baş verə bilər. NASA mütəxəssisləri tərəfindən 2016-cı ildə aşkar edilmiş, diametri 500 metrdən 1 kilometrə qədər olan “WF9” kodlu səma cismi məhz həmin gün planetimizə çırpıla bilər. Astronom Damir Demin bəyan edib ki, asteroid sürətlə düz Yerə doğru hərəkət edir. Onun sözlərinə görə, planetlə toqquşma zamanı nəhəng “meqasunami” dalğası əmələ gələcək və bütöv şəhərlər məhv olacaq, ancaq NASA təhlükəni gizlədir. Astronom “WF9” obyektinin oktyabrda Nibiru sistemindən ayrıldığını da diqqətə çatdırıb. Bu arada NASA-dan bildiriblər ki, asteroid Yerin 51 milyon kilometrliyindən keçəcək və yaxın gələcəkdə planetimiz üçün təhlükə törətməyəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh