Alimlər mavi buz nümunələrinin öyrənilməsini başa çatdırıblar

Maraqlı 29 Yanvar 2017 17:45 Oxunub 1472
Alimlər mavi buz nümunələrinin öyrənilməsini başa çatdırıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kosmik toz Antarktikada bir-birindən 10 kilometr məsafədə olan altı obyektdə aşkarlanıb

Rusiya alimləri tərkibində kosmik toz aşkarlanmış antarktik mavi buz nümunələrinin öyrənilməsi işini başa çatdırıblar. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri yaxın günlərdə açıqlanacaq. Rusiyanın Nüvə Fizikası İnstitutundan Sergey Bulatın sözlərinə görə, mavi buz nümunələri üzərində onlarla araşdırmalar aparılıb. Bu, alimlərə kosmik tozun mənşəyini öyrənməyə və yaşını dəqiqləşdirməyə imkan verəcək. Kosmik toz Antarktikada bir-birindən 10 kilometr məsafədə olan altı obyektdə aşkarlanıb. Elmi ekspedisiya mavi buz nümunələrinin öyrənilməsi üzrə tədqiqata hələ 2015-ci ildə başlayıb, lakin bu günədək heç bir nəticə əldə olunmayıb. Sonradan rusiyalı alimlərin elmi araşdırmalarına fransalı həmkarları da qoşulublar. Rusiya Elmlər Akademiyasının meteoritlər üzrə komitəsinin üzvü, professor Viktor Qroxovun sözlərinə görə, mavi buz nümunələrində planetin digər ərazilərindən min dəfə çox kənarda olan maddələrin konsentrasiyası müşahidə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh