Sərnişin okeanın ortasında təyyarədən enmək istədi

Maraqlı 29 Yanvar 2017 18:00 Oxunub 1694
Sərnişin okeanın ortasında təyyarədən enmək istədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsident səbəbindən təyyarə geri, Seula qayıdıb

Sidneydən Los-Ancelesə uçan təyyarədə qeyri-adi olay yaşanıb. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus təyyarə havaya qalxandan yarım saat sonra 49 yaşlı sərnişin Manuel Qonsales düşmək istəyib. Sərnişin cidd-cəhdlə qapını açmaq istərkən təyyarə 12 min metr yüksəklikdə olub. Hadisə 17 yanvarda, Aerbus-A380 təyyarəsində yaşanıb. Sərnişini zorla yerinə qaytara biliblər, daha sonra isə ekipajın 4 üzvü onun yanında qarovul çəkməyə məcbur olub. İnsident səbəbindən təyyarə geri, Seula qayıdıb. Polisə təslim edilən sərnişini 10 il həbs gözləyir. Hazırda məhkəmə sərnişinin panikaya düşdüyü üçün, yoxsa ağlı başında olduğu halda bu addımı atmaq istəməsini araşdırır. Mütəxəsislərin sözlərinə görə, Qonsales heç bir halda qapını açmağa müəssər olmayacaqdı. Çünki təyyarənin sürətindən yaranan hava təzyiqi qapının açılmasına imkan vermir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh