Ölümlə oynayan sakinlər: Keçiddən yox, ölümün qucağından keçirlər - FOTO+VİDEO

Yazarlar 30 Yanvar 2017 11:21 Oxunub 1798
Ölümlə oynayan sakinlər: Keçiddən yox, ölümün qucağından keçirlər - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərimələr paytaxtda tətbiq olunsa da, Tovuzda vətəndaşlar bundan xəbərsizdirlər

Ölümlə oynayan sakinlər - keçiddən yox, ölümün qucağından keçirlər. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Tovuz rayonunun dəmir yol vağzalı ərazisində sakinlər hər gün ölümlə "qaçdı-tutdu" oynayırlar. Ərazini gün ərzində müşahidə edən əməkdaşımız yazır ki, yeraltı piyada keçidinin olmasına baxmayaraq, sakinlər dəmir yolu stansiyasının əməkdaşları üçün nəzərdə tutulan yoldan istifadə edirlər. Hətta bəziləri təhlükəni gözə alaraq, ərazidəki istifadəsiz vaqonların altından keçirlər. Xüsusilə də uşaqlar hərdən hərəkətdə olan qatarların altına uzanaraq, bunu bir növ, əyləncəyə çevirirlər. Qaydaları pozan sakinlərlə söhbətimizdə bir daha aydın oldu ki, onlar dəmir yolu stansiyasının ərazisindən gəlib-getmək asan olduğundan, piyada keçidindən istifadə etmirlər. Əraziyə nəzarət edən polis əməkdaşları da, bu məsələdə aciz qalıblar. Adını vermək istəməyən dəmir yolu stansiyasının əməkdaşı deyir ki, gün ərzində buradan mindən çox insan qaydaları pozaraq, istifadə edir. Üstəlik, bəzən də onlara irad tutan polisləri və stansiya əməkdaşlarını təhqir edirlər. Tovuz rayon dəmir yolu stansiyasından məsələ ilə bağlı açıqlama almağa cəhd etsək də, səylərimiz nəticəsiz qaldı. Məlum olduğu kimi, piyada keçidindən istifadə etməyən vətəndaşlar üçün cərimələr nəzərdə tutulub (20 manat həcmində). Hətta yol hərəkəti qaydalarına əməl etməyənlər üçün cəza tədbirlərinin daha da sərtləşdirlməsi gözlənilir. Görünən odur ki, cərimələr paytaxtda tətbiq olunsa da, Tovuzda vətəndaşlar bundan xəbərsizdirlər.


Ölümlə oynayan sakinlər - keçiddən yox, ölümün qucağından keçirlər (FOTO-VİDEO)
Ölümlə oynayan sakinlər - keçiddən yox, ölümün qucağından keçirlər (FOTO-VİDEO)
Ölümlə oynayan sakinlər - keçiddən yox, ölümün qucağından keçirlər (FOTO-VİDEO)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh