Başqasının yoluna çıxır, hələ tərs-tərs də baxır – VİDEO

Xəbərlər 12 Oktyabr 2014 03:22 Oxunub 4602
Başqasının yoluna çıxır, hələ tərs-tərs də baxır – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun bu əməlinə etiraz edən sürücü çəkdiyi videonu DYP-yə göndərək cəza istəyib

Roman adlı oxucumuz Avtosfer.az saytına maraqlı video göndərib. Videoda bahalı avtomobilin kobud qayda pozuntusu əks olunub. Roman bu görüntüləri Baş Dövlət Yol Polisi İdarəsinə göndərdiyini bildirib. Onun sözlərinə görə, videonu və fotoları Baş DYPİ-nin elektron ünvanına göndərib. Amma hələlik ona cavab verilməyib. Buna görə də, Roman xahiş edir ki, həmin videonu Avtosfer.az-da yayaq. Biz də öz növbəmizdə oxucuların qayda pozan bu cür sürücülərə qarşı ictimai qınağını qəbul edərək videonu təqdim edirik. Amma əvvəlcədən Romanın DYP-yə yazdığı mətni də diqqətinizə çatdırmaq istərdik:

«Salam. 18 sentyabr 2014-cü il tarixdə Bakı şəhərində- «Gənclik» metrostansiyası istiqamətindən «N.Nərimanov metrostansiyası istiqamətinə (Fətəli Xan Xoyski küçəsi ilə) hərəkət edərkən 90 VP 500 dövlət nömrə nişanlı «Nissan» markalı avtomaşın qoşa xəttin tələbini pozaraq qarşı yola çıxmaqla hərəkətini davam etdirib və qəza şəraiti yaradıb. Bununlada o, İnzibati Xətalar Məcəlləsinin 151.3-1-ci maddəsinin tələblərini kobud şəkildə pozub. Yuxarıda yazılanları nəzərə alaraq həmin avtomaşın sahibinin inzibati qaydada cəzalandırılmasını təmin etməyinizi və yazılmış protokolun bir nüsxəsini mənə göndərməyinizi sizdən xahiş edirəm.

Məktuba çəkilmiş video və videodan çəkilmiş şəkilləri əlavə edirəm».

Romanın bu müraciətinə DYP hələ cavab verməsə də, ümid edirik ki, qısa müddətdə vətəndaşın müraciəti cavablandırılacaq.

Videoya isə diqqətlə baxın. «Nissan»ın sürücüsü qayda pozaraq başqasının yoluna çıxmasına, ona qəza şəraiti yaratmasına baxmayaraq avtomobili həmin sürücün&uuuml;n üstünə sürür və tərs-tərs baxıb irad bildirir. Təəssüf ki, belə sürücülər Azəbaycanda çoxdur.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh