Helikopterlə uçuşlar təşkil olunacaq – FOTO

Yeniliklər 30 Yanvar 2017 15:03 Oxunub 1771
Helikopterlə uçuşlar təşkil olunacaq – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vertolyota minmədən öncə təcrübəli təlimatçılar sərnişinləri təlimatlandırırlar

Azərbaycanda daxili turizm böyük populyarlıq qazanır. Bu da aydındır - unikal təbiət, əlverişli iqlim şəraiti, inkişaf etmiş infrastruktur və xeyli müxtəlif növ istirahət imkanları. Bununla yanaşı, ölkəmizdə gəzməli yerləri görməyə gələn xarici qonaqların sayı ildən-ilə artır.

Avtosfer.az xəbər verir ki, “Silk Way Helicopter Services” (SWHS) aviaşirkəti səyahət həvəskarlarına unikal hava səyahətlərinin geniş çeşidini təklif etməyə hazırdır.

SWHS aviaşirkətinin potensialı turistlərin və sahibkarların hava limanından ölkənin istənilən nöqtəsinə çarter reysi ilə uçuşunu həyata keçirməyə imkan verir. Şirkətin aviasiya personalının peşəkarlıq səviyyəsi, onun müasir texniki parkı, aparıcı xarici şirkətlər ilə əməkdaşlıq bu tipli aviareyslərin yüksək səviyyədə təşkilinə zəmanət verir.

SWHS aviaşirkətinin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına “Sikorsky S-92A” və “Augusta Westland  AW-139” kimi müasir və komfortlu vertolyotlar daxildir. Vertolyota minmədən öncə təcrübəli təlimatçılar sərnişinləri təlimatlandırırlar.

Vertolyot turu təkcə sürət hissindən zövq almağa deyil, eyni zamanda adi yerləri yeni rakursdan görmək və şəklini çəkmək, həmçinin başqa nəqliyyat vasitəsi ilə getməyin mümkün olmadığı yerlərə getmək üçün unikal imkan yaradır.

 

SWHS aviaşirkətinin saytında vertolyotların onlayn sifarişi xidmətindən istifadə etmək (http://www.swhs.az/az/online-booking), həmçinin (+99412) 437-40-49 və (+99412) 437-18-17 telefon nömrələri vasitəsilə lazımi məlumatı almaq mümkündür. Yaxın zamanda SWHS aviaşirkətinin çağrı mərkəzi 1670 qısa nömrəsində fəaliyyətə başlayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh