130 arvadlı kişi 93 yaşında öldü

Maraqlı 30 Yanvar 2017 21:00 Oxunub 1498
130 arvadlı kişi 93 yaşında öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Allah məndən bunu etməmi istəyir, mən də onlarla evlənirəm"

Nigeriya vətəndaşı, 130 arvadı olan Məhəmməd Bello Əbubəkr keçirdiyi rahatsızlıq səbəbindən 93 yaşında Niger əyalətindəki evində dünyasını dəyişib. Arvadlarından bəziləri hamilə olan Əbubəkrin dünənki cənazə mərasiminə çoxlu sayda insan qatılıb. Avtosfer.az istipress-ə istinadən verdiyi xəbərə görə, "Baba Masaba" ləqəbli Əbubəkr hələ 2008-ci ildə 86 arvadlı kişi kimi medianın nərkəzində idi. Ancaq öldüyü zaman onun 130 qadınla evli olduğu üzə çıxıb. 203 uşaq sahibi olan Əbubəkr, qanunlara görə, bir kişinin ən çox dörd qadınla evlənə bilməsi tələbini pozduğu üçün həbs cəzası da alıb. "Mən onlara getmirəm, onlar mənə gəlir. Allah məndən bunu etməmi istəyir, mən də onlarla evlənirəm", - 130 arvadlı Əbubəkr özünü müdafiə edərkən belə deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh