Yolda qalan sürücülərin köməyinə yol polisləri gəldi - VİDEO-FOTO

Yol polisi 31 Yanvar 2017 02:01 Oxunub 8225
Yolda qalan sürücülərin köməyinə yol polisləri gəldi - VİDEO-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar buzlu yollarda sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə iş başındadır

Son günlər İsmayıllı rayonuna güclü qarın yağması və buzlaşma səbəbindən Muğanlı-İsmayıllı yolundakı dolaylarda avtomobillərin hərəkətində çətinliklər yaranıb, bir neçə avtomobil yolda köməksiz vəziyyətdə qalıb. Yolda avtomobillərin hərəkətini təmin etmək məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü taqımının əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Polis əməkdaşları buz bağlamış yolda təhlükəsiz hərəkət üçün sürücülərin maarifləndirilməsi məqsədilə reyd keçirib və yolda qalan sürücülərə köməklik ediblər.

Sərnişin mikroavtobusları, minik avtomobilləri saxlanılaraq onların şinlərinə, tormoz sisteminə və dumanlı havada işıq sisteminə baxış keçirilib. Sürücülərə avtomobili yavaş və ehtiyatla idarə etməyi tövsiyə ediblər və yolun hansı ərazisində təhlükəli vəziyyət olması barədə sürücülərə məlumat verilib. Texniki cəhətdən nasaz avtomobillər buz bağlamış Muğanlı-İsmayıllı yoluna buraxılmayıb, sürücülərə alternativ olaraq İsmayıllı-Qaraməryəm-Kürdəmir-Bakı yolundan istifadə etməyi məsləhət görülüb.

Polis əməkdaşları yolda qalan bir neçə nasaz minik avtomobilinin sürücülərinə köməklik ediblər. Polislər sürüşərək yol kənarında qalan avtomobilləri yola çıxarıb və onların hərəkəti davam etdirməsinə şərait yaradıblar.

Muğanlı-İsmayıllı yolundakı dolaylarda və enişli-yoxuşlu ərazilərdə avtomobillərin intensiv hərəkətini təmin etmək məqsədilə 9 saylı İsmayıllı Yol İstismar İdarəsinin işçiləri və ağır texnikaları 3 növbəli iş rejimində çalışır. Yolun hərəkət hissəsi qardan təmizlənir, qum və duz səpilir, qarın fəsadlarının aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

 

apa

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh