Eyfel qülləsinin işıqları söndü

Maraqlı 31 Yanvar 2017 11:40 Oxunub 1249
Eyfel qülləsinin işıqları söndü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qüllədə işıqlar gecə saat 12:00-da söndürülüb

Fransanın paytaxtı parisdə Eyfel qülləsinin işıqları söndürülüb. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu, Kanadanın Kvebek şəhərində məscidə hücum nəticəsində ölənlərin xatirəsini yad etmək üçün edilib. Məlumata görə, qüllədə işıqlar gecə saat 12:00-da söndürülüb. Eyfel qülləsinin Twitter səhifəsində yerləşdirilimiş mikrobloqda hüzn və başsağlığı ifadə olunub. Qeyd edək ki, Kanadanın Kvebek vilayətində məsciddə baş verən atışma nəticəsində 5 nəfər ölüb. Hadisə 3 silahlı şəxs tərəfindən dualar zamanı törədilib. Atışma zamanı məsciddə təxminən 40 nəfər olub. Polis əməkdaşları tərəfindən məsciddə baş verən atışma ilə bağlı iki şübhəli şəxs saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh