Yağan qardan sonra yolları su basdı: Avtomobillər yolda qaldı – VİDEO

Yazarlar 31 Yanvar 2017 12:38 Oxunub 2181
Yağan qardan sonra yolları su basdı: Avtomobillər yolda qaldı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hətta avtomobillər də suya qərq olub

Bakıya yağan güclü qardan sonra yolları su basıb. Görüntülər paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsinin şimal hissəsində Daş bazarı deyilən ərazinin yaxınlığındakı küçədəndir. Daha dəqiq desək, 202 nömrəli avtobus marşrutunun yolundandır. Küçədə axar və kanalizasiya sisteminin olmaması, yaxud da işləməməsi bu vəziyyətə səbəb olub. Küçə təxminən 50 sm suyun altında qalıb. Hətta avtomobillər də suya qərq olub. Avtosfer.az xoxutv-yə istinadən həmin görüntünü taqdim edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh