Şahzadə olandan sonra nə var ki?! - Təyyarədə şahinlər - FOTO+VİDEO

Maraqlı 31 Yanvar 2017 23:30 Oxunub 1500
Şahzadə olandan sonra nə var ki?! - Təyyarədə şahinlər - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Etihad" aviaşirkətində də analoji qaydalar var

Səudiyyə Ərəbistanından Fransaya uçan sərnişin təyyarəsində çəkilmiş foto sosial şəbəkələrdə sürətlə yayılır. Səbəb təyyarənin salonunda 80 şahinin olmasıdır. Avtosfer.az milli.az-a istinadən bildirir ki, bu şahinlər təyyarədəki sərnişinlərdən birinə məxsusdur. "Bu fotonu kapitanın dostu mənə yolladı. Baxanda heyrətləndim", - fotonu paylaşan şəxs yazıb. Şahinlər Səudiyyə Ərəbistanı şahzadələrindən birinə məxsusdur. Fars Körfəzi ölkələrində, bu ərəb monarxiyalarında şahinlər olduqca bahalı ov vasitəsidir. Üstəlik, bir sıra yerli aviaşirkətlər sərnişinlərə təyyarədə şahin daşımağa icazə verirlər. Məsələn, "Qatar Airways" aviaşirkətinin sərnişinlərindən biri şahin daşımaq istərsə, 100 dollardan 800 dollaradək pul ödəməlidir. Məbləğ uçuş məsafəsindən asılıdır. "Etihad" aviaşirkətində də analoji qaydalar var.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh