Millət vəkilindən yola duz səpən yol polisinə dəstək görüşü - FOTO

Yol polisi 31 Yanvar 2017 15:03 Oxunub 52990
Millət vəkilindən yola duz səpən yol polisinə dəstək görüşü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aydın Mirzəzadə: "Həmin polis Azərbaycan xalqının ən yaxşı cəhətlərini göstərib"

"Bu da günümüzün qəhrəmanı olan yol polisi əməkdaşı, polis baş serjantı Teymur Süleymanov. Onunla elə iş başında görüşdüm". Bunu Bakıda qarlı havada yola duz səpən yol polisi əməkdaşı ilə görüşən millət vəkili Aydın Mirzəzadə Avtosfer.az-a bildirib. O deyib ki, sosial şəbəkələrdə qarlı havada maşınların sürüşməməsi üçün yola öz təşəbbüsü ilə duz səpən yol polisi əməkdaşının videogörüntüsü yayılandan sonra onunla görüşmək qərarına gəlib: "Sonradan onun yol polisi əməkdaşı Teymur Süleymanovun olduğu aydınlaşdı. Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədova zəng edərək həmin polis işçisi ilə görüşmək istədiyimi bildirdim. Məlum oldu ki, onun fəaliyyət marşrutu Milli Məclisə yaxındır. Hadisə də hərəkətin sıx olduğu, kəskin döngəsi ilə tanınan Teleteatr binasının yanında olub. Teymur çox təvazıkar və azdanışan bir gəncdir. Gördüyü işdən də elə geniş danışmağı xoşlamır. Bildirdi ki, "etdim ki, avtomobillər toqquşmasın, hadisə olmasın".

Baş serjanta təşəkkür etdim, onun öz hərəkəti ilə Azərbaycan xalqının ən yaxşı cəhətlərini göstərdiyini vurğuladım. Məlum oldu ki, Bakıda daha bir neçə yol polisi əməkdaşı eyni hərəkəti daha bir neçə yerdə ediblər. Yol polisinin həmin gecə işinə ayıq-sayıq yanaşması nəticəsində heç bir ağır avtombil qəzası baş verməyib".

Qeyd edək ki, deputatla yol polisi əməkdaşının görüşündə Bakı şəhər DYP-nin YPX Alayanın qərargah rəisi, mayor Talıb Qasımov və MEB-in tağım komandiri, mayor Fariz Əliyev də iştirak edib.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh