Ana liftin qapıları arasında qalacaq qızını belə xilas etdi – VİDEO

Avtoreyd 31 Yanvar 2017 20:30 Oxunub 1770
Ana liftin qapıları arasında qalacaq qızını belə xilas etdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Liftə sensor yoxdur, yalnız qapını açmaq üçün düymə yerləşir"

Malayziyada ana liftin bağlanan qapılarından xilas etmək üçün üç yaşlı qızına təpik vurub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə müşahidə kameralarına düşüb. Kadrlarda kiçik qızın liftin qapılarına yaxınlaşaraq içəri girməyə hazırlaşdığı görünür. Bu zaman liftin qapıları bağlanmağa başlayır. Onu çıxara bilməyəcəyini anlayan ana onu ayağı ilə vurur.  “Liftə sensor yoxdur, yalnız qapını açmaq üçün düymə yerləşir. Qızın bəxti gətirib. Bir az da keçsəydi o, qapıların arasında sıxışaraq qalacaqdı. Ana cəld hərəkət edərək həm qızını xilas etdi, həm də soyuqqanlılığını qoruyub saxlaya bildi”, - yerli mühafizəçi bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh