Ad, soyad və ata adı eyni olduğu üçün maşın əldən getdi - Məhkəmədən gülünc qərar - VİDEO

Xəbərlər 1 Fevral 2017 00:57 Oxunub 3167
Ad, soyad və ata adı eyni olduğu üçün maşın əldən getdi - Məhkəmədən gülünc qərar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əslində bu həbsin eyni adda olan başqa bir şəxsə aid olduğu üzə çıxıb

Ad , soyad və ata adının eyniliyi vətəndaşın başına iş açdı. Məhkəmə banka kredit borcu olan Məmmədov Arif Musa oğlunun avtomobilinə həbs qoysa da, əslində bu həbsin eyni adda olan başqa bir şəxsə aid olduğu üzə çıxıb. Çünki mülkünə həbs qoyulmalı olan şəxsin təvvəllüdü ilə mülkünə həbs qoyulan şəxsin təvvəlüdü fərqlidir. Uyğunsuzluq aşkarlansa da indi məhəkəmə qərarının ləğvi üçün müddət lazım olduğundan avtomobili cərimə meydançasından çıxarmaq mümkün olmur. Bununla da 30 il müddətinə olan etibarnamə ilə avtomobil alan şəxs artıq 1 həftədir ki, maşınsız qalıb.  

Suraxanı rayon məhəkməsinə müraciət edən İlham Rufullayevə bildirilib ki, həqiqətən də yanlış adamın əmlakına həbs qoyulub. Amma buna baxmayaraq qərarın ləğvi üçün o, gözləməlidir.

Hüquqşünas Asif Abdullayev isə bildirir ki, bu problemə texniki səhv səbəb olub və aradan qaldırılmasının rəsmi üsulu var.

Belə anlaşılır ki, yaxın günlərdə sözügedən qərar ləğv ediləcək və avtomobil yenidən sahibinə qaytarılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh