Sürücü hərəkəti hansı zolaqla davam etdirməlidir? – DOĞRU CAVAB

Yarışma 1 Fevral 2017 02:47 Oxunub 1953
Sürücü hərəkəti hansı zolaqla davam etdirməlidir? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Yaşayış məntəqəsi ərazisində sürücü avtokranı keçdikdən sonra hərəkətini hansı hərəkət zolağı ilə davam etdirməlidir?

a) Sağ zolağa yerdəyişmə edərək hərəkətini bu zolaqla davam etdirməlidir;

b) Getdiyi zolaqda davam etdirməlidir;

c) Hər iki zolaqla davam etdirə bilər.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinin I hissəsinə əsasən, yalnız yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Yaşayış məntəqəsi ərazisində sürücü avtokranı keçdikdən sonra hərəkətini hər iki zolaqla davam etdirə bilər.

Suala ilk doğru cavabı Füzuli adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.az

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Fuzuli 1 Fevral 2017 12:48
Salam Nomrem 051-929-61-51