Tələbələr qatarlardan pulsuz istifadə edəcəklər

Maraqlı 1 Fevral 2017 14:00 Oxunub 2104
Tələbələr qatarlardan pulsuz istifadə edəcəklər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanun fevralın 1-dən etibarən qüvvəyə minib

Rumıniyada fevralın 1-dən etibarən əcnəbi tələbələr üçün ölkədaxili qatarlarda gedişhaqqı ləğv olunub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu güzəştdən Rumıniyanın Təhsil Nazirliyində akkreditə olunmuş dövlət və özəl ali təhsil müəssisələrində yalnız əyani formada oxuyan tələbələr yararlana biləcəklər. Rumıniya hökumətinin qəbul etdiyi qərar ümumilikdə 465 min tələbəyə şamil olunacaq. Bütün bu xərclər dövlət büdcəsinə təqribən 22 milyon avroya başa gələcək. Hökumətin qəbul etdiyi qərar moldovalı tələbələrə də aid ediləcək. Bu il Rumıniya Moldovadan olan 2 min 800 tələbəyə ölkənin müxtəlif universitetlərində təhsil almaq üçün təqaüd ayırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh