"Uber" "pilotsuz taksi"nin yaradılmasına dair müqavilə bağlayıb

Texnologiya 1 Fevral 2017 11:23 Oxunub 1680
"Uber" "pilotsuz taksi"nin yaradılmasına dair müqavilə bağlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pilotsuz avtomobillər xidmətin işini irəli aparacaq

Amerikanın "Uber" şirkəti Almaniyanın "Daimler" avtomobil istehsalçısı ilə "pilotsuz taksi"nin yaradılmasına dair müqavilə imzalayıb. Yaxın bir neçə ildə pilotsuz taksilər "Uber" onlayn-taksi xidmətinin bir hissəsi olacaq. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Uber"in təsisçisi Trevis Kalanik şirkətin bloqunda məlumat verib. Onun sözlərinə görə, pilotsuz avtomobillər xidmətin işini irəli aparacaq və onu daha etibarlı edəcək. Kalanik bildirib ki, "Uber" şirkətin imkanlarını genişləndirmək üçün böyük avtomobil istehsalçıları ilə sazişlər bağlamağı planlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh