Bakı-Şamaxı-Yevlax yolunda hərəkət çətinləşib - Ağsu dolaylarında problem yaranıb

Gündəm 1 Fevral 2017 13:27 Oxunub 1009
Bakı-Şamaxı-Yevlax yolunda hərəkət çətinləşib - Ağsu dolaylarında problem yaranıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Texnika və canlı qüvvə hərəkəti bərpa etmək üçün hazırda əraziyə cəlb edilib

Havaların qarlı və şaxtalı olması Bakı-Şamaxı-Yevlax avtomobil yolunda avtomobillərin hərəkətini çətinləşdirib. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, yolun bəzi hissələri qarla örtülüb və buz bağlayıb. Avtomobil yolunun Abşeron rayonunun Təzəkənd, Cəngi yaşayış məntəqələri və Şamaxı rayonlarından keçən hissələrində bəzi yerlər buz bağlayıb. Yolun 140 və 150-ci kilometrliyi - Ağsu dolaylarında da avtomobillərin hərəkətində problem yaranıb. 16 saylı Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsi Ağsu dolaylarında hərəkəti bərpa etmək üçün hazırda əraziyə cəlb edilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh