NASA Saturn halqasının keyfiyyətli şəkillərini təqdim edib - FOTO

Maraqlı 1 Fevral 2017 19:00 Oxunub 1482
NASA Saturn halqasının keyfiyyətli şəkillərini təqdim edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aparat ümumilikdə planet ətrafında 20 dövrə vurmalıdır

“Kassini” kosmik aparatı Saturn halqasının detallı fotolarını təqdim edib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, şəkillər NASA-nın saytında dərc edilib. Yüksək keyfiyyətli təsvirlərdə diametri 550 metrə çatan obyektləri görmək mümkündür. Fotolar qaz nəhənginin halqa sisteminin kənarından keçərkən çəkilib. Nəticədə “saman çöpü” (straws) və “propeller” (propellers) kimi kiçik strukturların şəklini çəkmək mümkün olub. Halqanın ətrafında uçuş 2016-cı ilin noyabr ayından başlayıb. Həmin dövrdə “Kassini” “Halqalara toxunan orbitlər” (Ring-Grazing Orbits) adlanan sonuncu missiyasına başlamışdı.  Aparat ümumilikdə planet ətrafında 20 dövrə vurmalıdır. “Kassini” – 1997-ci ilin oktyabrın 15-də Saturnun tədqiq edilməsi üçün fəaliyyətə başlayan planetlərarası avtomatik stansiyadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh