Yollar niyə təmizlənmir?

Yazarlar 1 Fevral 2017 20:30 Oxunub 1408
Yollar niyə təmizlənmir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yollar buz bağladığından avtomobillərin hərəkəti çətinləşib

Ölkənin paytaxtı ilə yanaşı, əyalətlərinə də intensiv qar yağıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Tovuza ötən gündən başlayaraq güclü yağan qar gecə saatlarında daha da şiddətlənib. Rayon mərkəzində qarın qalınlığı 30-45 santimetr, dağlıq ərazilərdə isə yarım metrə yaxın olub. Kəndlərlə əlaqə çətinləşdiyindən sakinlər rayon mərkəzinə piyada gəlmək məcburiyyətində qalıb. İş vaxtı olmasına baxmayaraq hətta səhər saatlarında rayon mərkəzindən başqa küçələrdə qarın təmizlənməsi gözə dəyməyib. Sadəcə dəmir yolu idarəsinin əməkdaşları relslərin təmizlənməsinə cəlb edilib. Buna görə də sakinlər küçələri özləri təmizləməli olublar.

Yollar buz bağladığından avtomobillərin hərəkəti çətinləşib. Məsələ ilə bağlı Tovuz Rayon Mənzil Kommunal Təsərrüfat Istismar İdarəsi birliyinin sahə rəisi Etibar Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, rayon ərazisində bütün küçə və prospeklər, yollar qardan təmizlənib. Hazırda sakinlərinin hərəkəti ilə bağlı problem yoxdur.  Ancaq rayonda qar təmizləyən maşınlar olmadığından işlər ləngiyir. Sakinlərlə apardığımız söhbət zamanı isə  onlar vəziyyətin fərqli olduğunu bildirdilər. Gün ərzində də şaxtanın davam edəcəyini nəzərə alsaq təhlükə hər an qaçılmazdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh