DİN ümumvətəndaş pasportu almaq istəyən vətəndaşlara müraciət edib

Yeniliklər 2 Fevral 2017 16:23 Oxunub 1968
DİN ümumvətəndaş pasportu almaq istəyən vətəndaşlara müraciət edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pasport üçün Nizami Rayon Polis İdarəsinə də müraciət etmək olar

Ölkə vətəndaşları ümumvətəndaş pasportu almaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə yanaşı, Nizami Rayon Polis İdarəsinə də müraciət edə bilərlər. Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən məlumat verilib. Qeydiyyatda olduqları yerdən asılı olmayaraq vətəndaşlar Nizami Rayon Polis İdarəsinə (8-ci km. qəsəbəsi, Ş.Mirzəyev küçəsi 71) müraciət edərək 10 iş günü müddətinə ümumvətəndaş pasportu ala bilərlər. Sənədlər həftənin bütün günləri səhər saat 9.00-dan axşam saat 18.00-a qədər qəbul edilir.

Əlavə məlumat almaq istəyənlər (012) 590-64-31 şəhər və (050) 555-59-91 mobil nömrələrinə zəng vura bilərlər.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh