Azad Rəhimov: "Formula-1" rəhbərliyindəki dəyişikliyin heç bir təsiri olmayacaq"

Yarışma 2 Fevral 2017 17:17 Oxunub 1567
Azad Rəhimov: "Formula-1" rəhbərliyindəki dəyişikliyin heç bir təsiri olmayacaq"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əvvəl necə olubsa, yeni rəhbər şəxslərlə də o qaydada işləyəcəyik

"Formula-1" rəhbərliyindəki dəyişikliyin Azərbaycan Qran-prisinə heç bir təsiri olmayacaq.  Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.  O bildirib ki, Berni Ekklstounun Çeyz Keri ilə əvəzlənməsi Azərbaycan üçün heç bir fərq etmir: "Əvvəl necə olubsa, yeni rəhbər şəxslərlə də o qaydada işləyəcəyik. Bizim onlarla çox yaxşı əlaqlərimiz var". A.Rəhimovun fikrincə, "Formula-1"in hazırkı səviyyəyə çatmasında B.Ekklstounun müstəsna rolu var: "Lakin o, hissələrin böyük qismini başqa bir şirkətə satıb. Özünə isə 5 faiz saxlayıb. Hazırkı səhmdarlar onunla əməkdaşlıq etdirməməyə üstünlük verdilər".  Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi iyunun 23-25-də keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh