Sərhədlər dirijabllarla qorunacaq

Yeniliklər 2 Fevral 2017 20:00 Oxunub 1368
Sərhədlər dirijabllarla qorunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bugünədək hasarın planlaşdırılan 825 kilometrdən 367 kilometri inşa edilib

Türkiyə Silahlı Qüvvələri dövlət sərhədlərinin mühafizəsi üçün “ASELSAN” şirkətinin istehsalı olan pilotsuz dirijabllardan istifadə etməyi planlaşdırır. Avtosfer.az trendistinadən bildirir ki, xüsusi müşahidə sistemləri ilə təchiz olunmuş dirijabllar sərhəd əraziləri boyunca nəzarət edəcək və mümkün sərhəd pozuntusu barədə yaxınlıqdakı hissələrə məlumat verəcək. “Aselsan” istehsalı olan və uzunluğu 16 metrə çatan dirijabllar 1000 metr hündürlüyədək qalxır. Qeyd edək ki, bundan başqa Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik hasarının tikintisi də davam edir. Bugünədək hasarın planlaşdırılan 825 kilometrdən 367 kilometri inşa edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh