Azərbaycanda yol polisinin bu hərəkəti Türkiyə və Rusiyada gündəm oldu - VİDEO

Yol polisi 2 Fevral 2017 20:04 Oxunub 39041
Azərbaycanda yol polisinin bu hərəkəti Türkiyə və Rusiyada gündəm oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürüşən avtomobilləri xilas etmək cəhdləri isə sosial mediada rekord qırıb

Türkiyə mediası Azərbaycan yol polislərinin qarlı havada yolda qalan sürücülərə kömək etməsi haqda yazıb. Avtosfer.az xəbər verir ki, məşhur “haberler.com” saytı Azərbaycanda üç gün ərzində yağan qarın yolların buz bağlamasına səbəb olduğu və avtomobillərin yolda qaldığı haqda məlumat yayıb. “Azərbaycan yol polisinin qarda sürüşən avtomobilləri xilas etmək cəhdləri isə sosial mediada rekord qırıb. Bu örnək hərəkətlərinə görə, yol polisləri sosial medianın gündəminə düşüb”, - deyə sayt yazır. Azərbaycan yol polisinin avtomobillərə köməyi ilə bağlı xəbərlər “Sözcü”, “Posta” kimi məşhur internet qəzetləri tərəfindən də yayımlanıb.

Bundan əlavə, bu gün həmin videogörüntülər Rusiyanın VTB TV kanalında da yayımlanıb və Azərbaycanda yol polisinin faəliyyəti yüksək qiymətləndirilməklə yanaşı onların sürücülərə etdiyi kömək mənəvi məsələ kimi qeyd olunub.

Qeyd edək ki, videonu ilk olaraq Avtosfer.az saytı yayıb.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh