Yol polisindən antiradarı olan sürücülərə xəbərdarlıq - Yüksək cərimə - VİDEO

Avtoxəbər 2 Fevral 2017 22:50 Oxunub 5232
Yol polisindən antiradarı olan sürücülərə xəbərdarlıq - Yüksək cərimə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saytlarda antiradarlar satılır - Bu cihazları satanları nə gözləyir?

Biri 160, digəri isə 120 manata... Bəzi saytlarda vətəndaşlar tərəfindən antiradar və radar detektorlarının satışı barədə elan yerləşdirilib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, hər iki cihaz qanunla qadağan olunub. İstifadə edən sürücüləri isə yüksək məbləğdə cərimə gözləyir. Kamran Əliyev deyir ki, antiradarlar radarların işinə mane olduğuna görə, radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Çünki, sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.

Saytda yerləşdirilən digər elan isə balıq tutmaq üçün istifadə edilən şok cihazı barədədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, bu cür cihazlar vasitəsilə balıq ovlamaq qadağandır. Həmin şəxləri vurduğu zərərin miqyasından asılı olaraq həbs cəzası da gözləyir.

Hüquqşünaslar bildirirlər ki, bu cihazların yuxarıda sadalanan təyinatlar üzrə istifadəsi qadağan edilsə də, satışına heç bir qadağa yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh