Dörd il əvvəl kreditlə aldığı maşına görə hələ də başı ağrıyır - VİDEO

Xəbərlər 3 Fevral 2017 02:20 Oxunub 1786
Dörd il əvvəl kreditlə aldığı maşına görə hələ də başı ağrıyır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil əlindən alınıb, cərimələr hələ də onun adına yazılır

4 il əvvəl kreditlə aldığı maşına görə hələ də başı ağrıyır. Hadisə Lənkəran sakini Zamil Həsənovun başına gəlib. O, 2013 -cü illdə rayondakı   salonların birindən dörd illik kreditlə avtomabil alıb. Zamil deyirki 2015 -ci ilə qədər krediti hər ay vaxtında ödəyib. Lakin 27 ay aldığı maşın üçün pul ödəsə də dolların məzənəsi qaxlandan sonra ödənişi etmək çətinləşib. Bank işçisi Fərid Hüseynov avtomobili onun əlindən alıb və borcunun silinəcəyini bildirib. Sonradan məlum olub ki, işdən çıxan Fərid Hüseynov bankın adından istifadə edərək avtomobili mənimsəyib. Bu zaman isə zərər çəkən Zamil Həsənovu aldadaraq etibarnamə alıb və başqasına satıb. İşin üstü isə avtomobilin cərimələrinin birinci sahibinə gəlməsindən sonra açılıb. Məlum olub ki,avtomobil Gəncə sakininə satılıb. Lənkəran sakini 4 il əvvəl aldıgı maşın həm özündə deyil, həm də avtomobilin cərimələri onun adına yazılır. Üstəlik avtomobilin kreditini də ödəməlidir. Fərid Hüseynov telefon zənglərinə cavab vermədiyindən Zamil Həsənov çarəsiz qalıb.

Hüquşunaslar isə Zamil Həsənova məsləhət görür ki, pozulmuş huquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etməlidir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh