Hələ məşhur olmayan rəqqasə yol qaydalarını və yol polisini saymır - VİDEO

Qaydalar 3 Fevral 2017 15:55 Oxunub 8336
Hələ məşhur olmayan rəqqasə yol qaydalarını və yol polisini saymır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rəqqasə Səbinə cəzasız qaldığı üçün sükan arxasında ağlına gələni edir

Rəqqasə Səbinə (özünü «Belly Danser» kimi təqdim edir-red.) yol hərəkəti qaydalarını və yol polisini saymır. O, qaydaları pozmağı azmış kimi, bunu əks etdirən videoları sosial şəbəkələrdə yayaraq cəmiyyətə pis nümunə olur. Avtosfer.az ötən ilin sonlarında Səbinənin sükan arxasında azyaşlı uşaqla etdiyi təhlükəli hərəkətləri əks etdirən video yaymışdı. Lakin görünür yol polisi onun barəsində heç bir tədbir görmədiyi üçün bu dəfə sükan arxasında başqa videosunu yayıb. Yenə də təhlükəsizlik kəmərini taxmır, yola baxmaq əvəzinə sükandan hər iki əlini çəkərək maşın hərəkətdə ola-ola rəqs edir. 

Bu hələ o qədər də tanınmayan rəqqasədir. Görəsən, bir az tanınmış olsaydı nələr edərdi?...

 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh