Qar əriyən kimi maşını yudurtmasanız çürüyə bilər - DİQQƏT - VİDEO

Yazarlar 4 Fevral 2017 00:38 Oxunub 7804
Qar əriyən kimi maşını yudurtmasanız çürüyə bilər - DİQQƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yollara səpilən duz avtomobilin müxtəlif hissələrinə dolaraq çürüdür

Qarlı-buzlu havalarda yollarda avtomobillərin sürüşməməsi üçün müxtəlif vasitələrə əl atılır. Ən sadə üsul isə yollara duz səpilməsidir. Duz buzu parçalayır və donmağa qoymur, həmçinin, sürüşmə riskini azaldır. Bununla da duzun köməyi ilə sürücülər avtomobili rahat şəkildə idarə edə bilirlər. Lakin duzun bu cür faydası olduğu kimi, ziyanlı tərəfləri də var. Avtosfer.az sürücülərin diqqətinə çatdırır ki, belə şəraitdə bir tövsiyəni unutmasalar, yaxşı olar. Məlum məsələdir ki, yollarda qar-buzu əritmək üçün səpilən duz suda həll olaraq avtomobilinizin hər yerinə hopur. Duz isə karroziya prosesində çox güclü katalizatordur. Yəni duza hopmuş metal hissəslər daha çox karroziyaya məruz qalır. Ona görə də küçələr quruyan kimi avtomobilinizin alt-üstünü su ilə yaxşı yuduzdurun ki, çürüməsin. Əks halda, duz avtomobilin mühərrik, amartizasiya və digər hissələrinə dolaraq bir müddət sonra orada çürümə əmələ gətirə bilər.

Əbəs yerə Rusiyadan Azərbaycana gətirilən işlənmiş avtomobillərin tez çürüməsini misal çəkərək "duz yeyən maşın" demirlər. Çünki Rusiyada qar çox yağır, yollara bəzən aylarla duz səpirlər. Bu da avtomobillərin detallarına hopur ki, bir müddət sonra həmin detallar çürüməyə başlayır. Hətta yollara səpilən duzun təsiri ilə avtomobilin qapıları da çürüyə bilər. Odur ki, yollar qardan-buzdan və duzdan təmizlənən kimi maşını ümumi şəkildə (alt hissələri daha diqqətlə) yuduzdurmağı yaddan çıxarmayın.

BYollar quruyan kimi avtomobilin xüsusilə altını təzyiqli su ilə yuduzdurmaq lazımdır. "Moykalar"dan bildirilir ki, əksər sürücülər avtomobilin təkcə üzərini yuduzdurmaqla kifayətlənir. Halbuki avtomobilin alt hissəsin də yuyulması üçün sürücülərdən cəmi 1 və ya 2 manat əlavə pul tələb olunur.

Son günlər maşından gələn səslərin çoxalması əksər sürücünü narahat etsədə mütəxəssislər bunun keçici problem olduğunu bildirir. Xüsusi ilə ili köhnə olan avtomobillərdən belə səslərin daha çox gəlməsi normal hesab edilir. Hər bir halda sürücülər qarlı günlərdən sonra avtomobillərini ümumi texniki baxışdan keçirsələr yaxşıdır.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh