BNA: "Avtobus sürücülərini 8 saat əvəzinə 15 saat işlədən daşıyıcılar var"

Gündəm 3 Fevral 2017 15:01 Oxunub 2180
BNA: "Avtobus sürücülərini 8 saat əvəzinə 15 saat işlədən daşıyıcılar var"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müşavir avtoparkların da standartlara cavab vermədiyini əlavə edib

"Aparılan araşdırmalar onu göstərir ki, nəqliyyat sahəsində hələ də işlər öz qaydasında getmir". Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bunu daşıyıcılarla keçirilən görüşdə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov bildirib. "Son vaxtlar baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, bir çox daşıyıcıların istehsalat bazası yoxdur. Bu cür bazası olmayan daşıyıcıların avtobuslarının nə texniki müayinəsi, nə də sürücülərin tibbi müayinəsi həyata keçirilir. Bundan başqa, sürücüləri 8 saat əvəzinə 14-15 saat işlədən daşıyıcılar var. Bu problemi aradan qaldırmaq üçün sürücü bazası yaradılmalıdır", - deyə M. Abbasov qeyd edib. Müşavir avtoparkların da standartlara cavab vermədiyini əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh