Almanlar yeni teleskop kəşf etdilər - Dəyəri 90 milyon avro

Texnologiya 3 Fevral 2017 21:00 Oxunub 1797
Almanlar yeni teleskop kəşf etdilər - Dəyəri 90 milyon avro
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maks Plank Cəmiyyətinin səma fizikası institutu bu teleskop üzərində on il işləyib

Almanların yeni "eRosita" teleskopunun qiyməti 90 milyon avrodur. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, yeni teleskop qalatikaların toplaşmasını, qara dəlikləri öyrənəcək və qara materiyanın mənşəyi barədə məlumatlar əldə edəcək. Teleskop "Spektr-RQ" adlı Rusiya-Avropa observatoriyası üçün nəzərdə tutulub. Layihənin rəhbəri Peter Predel jurnalistlərə bildirib ki, "eRosita"-nın dəyəri 90 milyon avrodur: "Teleskop sığortalanmayıb. Əgər ona bir şey olsa, məhv olacaq. Çünki yenisini hazırlamaq üçün 10 il vaxt lazımdır". Maks Plank Cəmiyyətinin səma fizikası institutu bu teleskop üzərində on il işləyib. 2013-cü ildən onun Rusiyaya təhvil verilməsi bir neçə dəfə təxirə salınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh