Gələcəyin nəqliyyat vasitəsi: "Hyperloop" - FOTO

Texnologiya 3 Fevral 2017 22:00 Oxunub 2459
Gələcəyin nəqliyyat vasitəsi: "Hyperloop" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihə daha uzun bir tuneldə 1200 km/saat sürətlə hərəkət edə bilər

Gələcəyin nəqliyyat vasitəsi "Hyperloop" layihəsi olacaq. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, "Hyperloop" layihəsi Elon Mask tərəfindən ortaya atılıb. Bu layihəyə əsasən, kapsul formalı nəqliyyat vasitəsi vakum tuneldə hərəkə edir. Sistem bir çox müqavimətin ortadan qaldırılmasına və çox sürətli səyahətə hesablanıb. "Tesla" şirkətinin qurucusu sayılan Elon Mask bu sistemi gələcəyin nəqliyyat vasitəsi adlandırıb. Elon Mask tərəfindən "Hyperloop" müsabiqəsi keçirilib və Hollandiya təmsilçiləri birinci yerə layiq görülüb. Hollandiyanın "Delft" texniki universitetinin tələbələrinin hazırladıqları "Hyperloop" 1200 km/saat sürətlə hərəkət edir. Müsabiqədə 29 dövlətin təmsilçisi iştirak edib. Holland tələbələr ABŞ-ın Los-Anceles şəhərində keçirilən müsabiqədə layihələrini təqdim ediblər. 1.25 km-lik tuneldə 93 km/saat sürət əldə edilib. Layihə daha uzun bir tuneldə 1200 km/saat sürətlə hərəkət edə bilər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh