Taksi sürücülərinə qarşı reydlər başladı - DYP cərimələdi - VİDEO

Yol polisi 4 Fevral 2017 00:33 Oxunub 3532
Taksi sürücülərinə qarşı reydlər başladı - DYP cərimələdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə Sumqayıtda 40 sürücü barəsində protokol tərtib edilib

Kimisi fərqlənmə nişanı olmadan taksi fəaliyyətinə davam edir. Kimisi də saxla əmrinə tabe olmur. Görüntülər Sumqayıtda təşkil olunan reyddəndır. yol polisləri ilə Dövlət avtomobil nəqliyyatı xidmətinin əməkdaşlarının şəhər ərazisində qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı birgə reydi maraqlı nəticələrlə yadda qalıb. Sumqayıtın müxtəlif istiqamətlərində keçirilən reyd zamanı fərqlənmə nişanı olmadan taksi xidməti göstərən xeyli sürücüyə rast gəlinib.

Reyd zamanı polis saxla əmrinə tabe olmayan, nəzərdə tutulmayan yerdərdə avtomobillərini saxlayan, sənədsiz avtomobil idarə edən, fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan, hətta polisin protokolu ilə razılaşmayan sürücülərə də rast gəlinib.

Reyd zamanı ümumilikdə 40 sürücü barəsində protokol tərtib edilib. Bu kimi reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh