Adamı vahiməyə salan yeni robot - VİDEO

Texnologiya 4 Fevral 2017 12:00 Oxunub 1955
Adamı vahiməyə salan yeni robot - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Boston Dynamics” şirkətinin yeni icadının videosu yayıldı

Handle adlı ikitəkərli robot hazırlanıb. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, robotun video investorlar üçün keçirilmiş qapalı təqdimat zamanı çəkilib. Sözügedən şirkət daha çox öz ikiayaqlı və dördayaqlı robotları ilə tanınır. Yeni robotda isə təkərlərdən istifadə etmək maraqlı təcrübə hesab olunur. Şirkətin yaradıcısı və prezidenti olan Marc Raibert yeni robotu təkərlər, hissələr və dinamik balanslaşdırma sisteminin olduğu maraqlı birləşmə adlandırıb. Onun sözlərinə görə, təkərlərdən istifadə standart bədən hissələrinin istifadəsindən daha əlverişlidir. Lakin bununla yanaşı düz olmayan səthlərdə yaxşı hərəkət etmə özəlliyini qurban vermək lazım gəlir. Təqdimata başlayan Marc bu sözləri demişdi: "Bu, robotun ilk təqdimatıdır. Düşünürəm ki, o sizlərə qorxulu yuxuları xatırladacaq”. Handle iki təkər üzərində balanslaşdırmanı və mərkəzi ağırlığı optimal saxlayaraq ağır əşyaları daşımaq özəlliyinə sahibdir. Beləliklə, sözügedən robot düz, əyilmiş və otlu səth üzərində rahat hərəkət edə bilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh