Tıxaca qarşı işıqforlar quraşdırıldı - "20 Yanvar"da

Yeniliklər 4 Fevral 2017 11:30 Oxunub 6403
Tıxaca qarşı işıqforlar quraşdırıldı - "20 Yanvar"da
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndiyə qədər həmin ərazidə işıqfor olmadığından hərəkət DYP əməkdaşları tərəfindən tənzimlənirdi

Bakının "20 Yanvar" dairəsində avtomobillərin sıxlıq təşkil etdiyi ərazidə quraşdırılan işıqforlar istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, ötən gün axşam saatlarından ən çox sıxlıq yaşanan bu ərazinin 4 bir tərəfində işıqforlar işə salınıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov azvision.az-a bildirib ki, əsas məqsəd həmin ərazidə hərəkətin təhlükəsizliyini təmin etmək və "20 Yanvar" dairəsindəki sıxlığın aradan qaldırılmaqdır.

Qeyd edək ki, indiyə qədər həmin ərazidə işıqfor olmadığından hərəkət DYP əməkdaşları tərəfindən tənzimlənirdi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh