Yeni "Mercedes-AMG E63 S" təqdim edildi - FOTO

Avtodünya 5 Fevral 2017 21:00 Oxunub 3099
Yeni "Mercedes-AMG E63 S" təqdim edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qiymətlər barədə hələ ki, heç bir informasiya yoxdur

"Mercedes-Benz" şirkəti yeni modelini təqdim edib. Avtosfer.az xəbər verir ki, şirkət E sinfini yeni universal modeli ilə zənginləşdirib. Alman şirkəti yeni " Mercedes-AMG E63 Wagon" modelini və daha güclü "Mercedes-AMG E63 S" modellərini təqdim edib. Hər iki model 4 litr həcmli, V8 tipli tvin-turbo mühərriki ilə təchiz edilib. Bu mühərrik 5.5 litrlik aqreqatı əvəz edib. "Mercedes-AMG E63 Wagon" modelinin aqreqatı 563 at gücü, "Mercedes-AMG E63 S" modelinin mühərriki isə 604 at gücü hasil edir. Birinci avtomobil 100 km/saat sürəti 3.6, ikinci model isə 3.5 saniyəyə əldə edir. Hər iki modelin maksimal sürəti 250 km/saat sürətlə məhdudlaşdırılıb. Avtomobil tam ötürücülü 4MATİC sistemi, 9 pilləli sürətlər qutusu ilə də təchiz edilib. Yeni universal mart ayında Cenevrə avtomobil sərgisində təqdim ediləcək. Qiymətlər barədə hələ ki, heç bir informasiya yoxdur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh