Azərbaycanda bu sürücülərə məcburi qaydada dərs keçiləcək - YENİLİK

Yeniliklər 7 Fevral 2017 13:39 Oxunub 3812
Azərbaycanda bu sürücülərə məcburi qaydada dərs keçiləcək - YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat Nazirliyi daha bir səlahiyyətini itirdi, Bakı əldən çıxdı

Bundan sonra yük avtomobillərinin sürücüləri də təlimlərə cəlb olunacaq, Avtosfer.az-ın məlumatına görə, bu barədə "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişiklikdə qeyd olunub. Dəyişikliyin əsas hissəsi ondan ibarətdir ki, bundan sonra avtobus, taksi və yük avtomobillərinin sürücülərinin xüsusi hazırlıq proqramını Nəqliyyat Nazirliyi hazırlamayacaq. Bu iş birbaşa Nazirlər Kabinetinə həvalə olunur. Proqramı ölkə miqyasında Nazirlər Kabineti hazırlayacaq və aparacaq.

Bu yenilik o deməkdir ki, Bakı şəhərində avtobus və taksi sürücülərinin hazırlıq kurslarına cəlb edilməsini Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək. Ölkənin qalan yerlərində bu kursları Nəqliyyat Nazirliyi təşkil edəcək.

Maraqlı yeniliklərdən biri də odur ki, Azərbaycanda ilk dəfə olaraq yük avtomobillərinin sürücüləri də hazırlıq kurslarına cəlb olunur. Bakı şəhəri də daxil olmaqla, bu işi ölkə üzrə Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Hazırlıq proqramında avtobus, taksi və yük avtomobillərinin sürücülərinin iş və istirahət rejiminə nəzarət olunması ilə bağlı mexanizm də əksini tapıb.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh