Bu yol sürücü və piyadalar üçün təhlükəlidir - VİDEO

Xəbərlər 6 Fevral 2017 22:35 Oxunub 1958
Bu yol sürücü və piyadalar üçün təhlükəlidir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saatda 120 kilometr sürət tətbiq edilən yolda vətəndaşlar qarşı tərəfə bu cür keçirlər

Paytaxtın Buzovna-Bilgəh yolunda sürət həddi yüksək olmasına baxmayaraq, piyada keçidləri çox uzaqdadır. Vətəndaşlar dəmir arakəsmələrin üzərindən keçməklə qarşı yola çıxırlar. Saatda 120 kilometr sürət tətbiq edilən yolda vətəndaşlar qarşı tərəfə bu cür keçirlər. Sözügedən ərazi paytaxtın Xəzər rayonu  Buzovna-Bilgəh yolunun Buzovna qəsəbəsinə giriş hissəsidir. Ərazidə yaşayan sakinlər deyir ki, əvvələr bu yolda piyada zolağı olub. Ancaqsonradan piyada zolağı silinərək yol dəmir arakəsmələrlə bağlanıb. Ərazidə çəkiliş apardığımız zaman həqiqətən də bu yolda sürücü və piyadalar üçün təhlükə olduğunun şahidi olduq.Vətəndaşlar qarşı tərəfə dəmir arakəsmələrin üzərindən keçməklə gedirdilər. Cunku ən yaxın piyada kecidi -800-900  metr  uzaqlıqdadır. 

Ərazidə yaşayış evlərin və məktəbin olması qəza  rıskını daha da artırır. Bununla yanaşı, yolun hər iki tərəfində avtobus dayancağı da qoyulub. Avtobusdan düşən sərinişinlər yolu keçməkdə çətinlik çəkirlər. Elə bunu sürücülər də etiraf edir. 

Məsələ ilə bağlı “Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətindən bildirildi ki, ümumilikdə paytaxt yollarında piyada keçidlərinin tikilməsi ilə bağlı Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komısiyasına təkliflər verilib. Artıq 12 piyada keçidinin tikintisinə start verilib. Həmin yolun üzərində də piyada keçidinin tikilməsi nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh