Yeni radarların yeri məlum oldu - FOTOLAR

Avtoxəbər 14 Oktyabr 2014 15:55 Oxunub 3783
Yeni radarların yeri məlum oldu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekranlı radar həm foto, həm də video çəkir

Ötən həftə Bakı-Ələt yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yeni "ağıllı" radarlar quraşdırılıb. Avtosfer.az-ın məlumatına görə, bu radarlar tək gələn maşınların deyil, həm də gedən maşınların sürətlərini ölçür. Adətən sürücülər radarı keçdikdən sonra sürət həddini artırırlar. Bu radarlar isə 200-300 metr məsafədən həm gələn, həm də gedən maşınların sürətini ölçə bilir. Ekranlı radar həm foto, həm də video çəkir. Beləliklə yeni qurğu qayda pozuntularına qarşı təkzibolunmaz dəlillər ortaya qoyur. 

Dövlət Yol Polisi İdarəsindən Day.Az saytına bildiriblər ki, yeni radarlar test rejimində çalışır. Onlar yalnız magistral yollarda quraşdırılacaq. Misal üçün, aeroport yolunda, Bakı dairəvi yolunda, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Astara yollarında.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh