“Bentley” də formula-1 yarışına qoşulur

Yarışma 7 Fevral 2017 15:00 Oxunub 1540
“Bentley” də formula-1 yarışına qoşulur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Liberty Media” islahatlara başlayıb

“Bentley” avtomobil markası formula-1-ə qoşulmaq imkanlarını nəzərdən keçirir. Avtosfer.az saytı f-1.az-a istinadla xəbər verir ki, bir müddət əvvəl “Bentley Motors” və “Bugatti”nin prezidenti və baş direktoru Volfqanq Dürhaymer bu yarışda çıxış etmək planlarını açıqlamışdı. O,  hətta keçmiş rəhbərliyi qeyri-sabit reqlamentə görə tənqid etmişdi. Lakin formula-1-ə “Liberty Media”nın gəlişi çempionatda bir çox məsələləri müsbət istiqamətdə dəyişə bilər. Buna görə də start düzülüşünə bir çox yeni avtomobil istehsalçılarının cəlb olunması gözlənilir. Bu günlərdə həmkarlarımız Volfqanq Dürhaymerdən formula-1-də “Bentley”in iştirakı ilə bağlı suallarına qısa cavab alıblar: “Biz belə bir variantı müzakirə edirik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh