Vaqif Əsədov: "İşıqforun xarab olması faciə deyil, təbiət hadisəsidir"

Yazarlar 7 Fevral 2017 15:15 Oxunub 1860
Vaqif Əsədov: "İşıqforun xarab olması faciə deyil, təbiət hadisəsidir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bəlkə texniki nasazlıq yaranıb. Siz də sağ olun ki, bu barədə məlumat verdiniz"

Bakı şəhərinin bəzi ərazilərində-Həsən Əliyev küçəsi və Azadlıq prospektində işıqforlar iş prinsipini itirib. Avtosfer.az xəbər verir ki, ölkə.az məsələylə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. V.Əsədov əməkdaşımızla söhbətində bildirib ki, sürücülər və piyadalar bu durumdan narahat olmamalıdırlar:

"Yol hərəkətiylə bağlı işıqfor iş prinsipini itirirsə, bu, artıq nizamlanmayan yolayrıcı hesab edilir. Bu da sürücüləri çaşdırmamalıdır. Keçmə növbəliliyi həmin ərazidə qoyulmuş yol nişanlarının tələblərinə uyğun aparılmalıdır. Sizin vasitənizlə müraciət edirəm. İşıqforların işləməməyi sürücüləri, piyadaları çaşdırmasın. İnanıram ki, bu onları çaşdırmamalıdır. Əgər o ərazidə yol nişanı yoxdursa, sağdan yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verilməlidir. Bildiyimə görə, Həsən Əliyev küçəsi, Azadlıq Prospekti və "Dostluq" kinoteatrı ərazisində işıqforlar işləmir. Hamısı bir xəttin üzərindədir".

Əməkdaşımızın "işıqforlar iş prinsipini nə zaman bərpa edəcək" sualını şöbə rəisi belə cavablandırıb: "Bərpa olundu-olunmadı, bu, faciə kimi təqdim edilməməlidir. Təbiət hadisəsidir. Bunu faciə kimi elan etməməliyik. İşıqforun iş prinsipini itirməsi o demək deyil ki, həmin ərazidə xaos yaransın. O nişanlar nə üçündür? Xahiş edirəm, dediyimi olduğu kimi də yazın. Faciə kimi təqdim etməyin ki, ay qoymayın, işıqfor partladı, dağıldı. Bəlkə texniki nasazlıq yaranıb. Siz də sağ olun ki, bu barədə məlumat verdiniz".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh