Azərbaycanda 8-10 evin qiymətinə satılan avtomobillər - BAKIDA

Avtobazar 7 Fevral 2017 20:32 Oxunub 7439
Azərbaycanda 8-10 evin qiymətinə satılan avtomobillər - BAKIDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların qiymətləri ilə saytlar vasitəsi ilə tanış olduqda insanın “dodağı uçuqlayır”

Azərbaycanda bahalı maşınlar, onların qiymətləri həmişə insanların maraq dairəsində olub. Bu gün insanlar istər xırda və ucuz, istərsə də bahalı məhsulların satışında bazar alqı-satqısı ilə yanaşı onlayn alış-verişə də üstünlük verirlər. Ölkə ərazisində avtomobil alqı-satqısı əksər hallarda həftənin şənbə-bazar günləri maşın bazarlarında baş tutsa da, avtomobil alqı-satqısı ilə məşğul olan kifayət qədər onlayn portallar da mövcuddur. Həmin alış-veriş saytları son dövrlər o qədər məşhurlaşıb ki, insanlar artıq bazara getmədən əllərində olan məbləğin müqabilində, imkanlarına uyğun təqdim edilən avtomobillərlə tanış ola, razılıq əldə olunduğu təqdirdə həmin nəqliyyat vasitələrini elə saytlardan əldə edə bilirlər. Lakin bəzi avtomobillər var ki, onların qiymətləri ilə saytlar vasitəsi ilə tanış olduqda insanın “dodağı uçuqlayır”.

Avtosfer.az xəbər verir ki, a24.az bir müddət əvvəl Azərbaycanın onlayn alqı-satqı saytlarında yerləşdirilən ən bahalı avtomobillər barədə məlumatları diqqətə çatdırmışdı. Dəyişən zaman ərzində və dolların bahalaşmasından sonra bəzi avtomobillərin qiymətlərində kəskin bahalaşma müşahidə olunub və bir sıra avtomobillər artıq paytaxt Bakıda və rayonlarda fantastik qiymətə satışa çıxarılıb. Azərbaycanın avtomobil alqı-satqısı saytlarında yerləşdirilmiş ən bahalı avtomobillər barədə yeni araşdırmanı təqdim edirik. Qeyd edək ki, onlayn alqı-satqı saytlarında qiyməti 500 min manatdan yuxarı olan 9 avtomobil barədə məlumatlar yerləşdirilib.  Avtomobil alqı-satqı saytlarında yerləşdirilən 9-cu ən bahalı maşın “Land Rover”dir. 2016-cı ildə istehsal olunan avtomobilin mühərrikinin həcmi  5.0 L, mühərrikin gücü 550 a.g, yürüşü 0 kilometrdir. Avtomobil alıcılara nə az, nə çox, düz 265 min dollara (497 min manata) təklif edilir.

http://a24.az/files/uploads/2017/02/79768_adHvOS5lfuDI1vXAQz3j7g-768x432.jpg

Ən baha qiymətə satılan avtomobillər arasında 8-ci ən bahalı maşın da elə yuxarıdakı kimi “Land Rover”in avtomobilidir. 2016-cı ildə istehsal olunan avtomobilin mühərrikinin həcmi  5.0 L, mühərrikin gücü 550 a.g, yürüşü 0 kilometrdir. Həmin nəqliyyat vasitəsi də alıcılara 265 min dollara (497 min manata) təklif edilir.

http://a24.az/files/uploads/2017/02/51158_M4j06DvcEghIVTE2vdn4Vw-768x576.jpg

Siyahının növbəti, 7-ci pilləsində yuxarıdakı iki avtomobil kimi, yenə də “Land Rover”dir. Digərləri kimi, 2016-cı ildə istehsal olunan avtomobilin mühərrikinin həcmi  5.0 L, mühərrikin gücü 550 a.g, yürüşü 0 kilometrdir. Bu maşının satış qiyməti 265 min 555 dollardır. (498 min 420 manata)

http://a24.az/files/uploads/2017/02/42213_W_id2caDTvdvHGra0Tex4A-768x512.jpg

Azərbaycanın onlayn resurslarında satılan 6-cı ən bahalı maşın “Mercedes S63 AMG”-dir. Buraxılış ili 2015 olan avtomobilin mühərrikinin həcmi  6.3 L, mühərrikinin gücü 730 a.g, yürüşü 27 min kilometrdir. Avtomobil 275 min dollara (516 min manata) satılır.

http://a24.az/files/uploads/2017/02/76817_9BW32D1lVjQ0QDraBgIcwQ-768x432.jpg

 

Ölkənin satışda olan 5-ci ən bahalı avtomobili də yuxarıda son 3 pillədə qərarlaşan “Range Rover”in növbəti markası, offroaderidir. 2016-cı ildə istehsal olunan avtomobilin mühərrikinin həcmi  5.0 L, mühərrikin gücü 510 a.g, yürüşü 0 kilometrdir. Nəqliyyat vasitəsi alıcılara 275 min dollara (516 min manata) təklif edilir.

http://a24.az/files/uploads/2017/02/92843__Rl4vTXLEkP0U7kYx9rscA-768x432.jpg

 

İlk beşliyin 4-cü pilləsində “Mercedes S63 AMG” qərarlaşıb. Buraxılış ili 2015 olan avtomobilin mühərrikinin həcmi  5.5 L, mühərrikinin gücü 585 a.g, yürüşü 0 kilometrdir. Avtomobil 295 min dollara (553 min manata) satılır.

http://a24.az/files/uploads/2017/02/8491_GD_t_ocu9mMu-PfwbL96jQ-768x576.jpg

Azərbaycanın ən bahalı maşınlarının üçlüyünə daxil olan avtomobillərdən biri 6 L mühərrik həcminə sahib olan “Bentley”dir. Mühərrikinin gücü 630 a.g olan bu zərif nəqliyyat vasitəsi hələlik sürülməyib, yürüşü 0 km-dir. Avtomobil 295 min dollarlıq (553 min manat) qiyməti ilə alıcılarını gözləyir.

http://a24.az/files/uploads/2017/02/97262_P4QTpnKp1nR-y26N4dOWyw-768x576.jpg

Bahalı avtomobillər siyahısının 2-cisi təxminən 4-5 ev qiymətinə satılan “Mercedes S65 AMG”dir. Mühərrikinin həcmi 6 L, gücü 630 a.g olan nəqliyyat vasitəsi cəmi 0 km yol qət edib, yəni sürülməyib. Avtomobilin satış qiyməti 305 min dollardır (572 min manat).

http://a24.az/files/uploads/2017/02/92730_RKf5T60N6B9_SgWNBETzZw.jpg 

 

Bahalı avtomobillər siyahısının birincisi isə cəmiyyətdə brend avtomobil kimi tanınan “Rolls-Royce”dur. Buraxılış ili 2014 olan avtomobilin mühərrikinin həcmi  6.6 L, mühərrikinin gücü 563 a.g, yürüşü cəmi 360 kilometrdir. Avtomobilin qiyməti isə fantastikdir – 350 min dollar (656 min manat).

http://a24.az/files/uploads/2017/02/64931_2SBmCjHd1C425Ah61BfBSA.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh