Avropa Komissiyası ilə “Volkswagen” arasında mübahisə - Zay maşınlara görə

Avtoxəbər 8 Fevral 2017 00:25 Oxunub 1632
Avropa Komissiyası ilə “Volkswagen” arasında mübahisə - Zay maşınlara görə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ABŞ-dan fərqli olaraq, çexlərin vurulmuş ziyanın əvəzini tələb etmək hüququ yoxdur

Çex Respublikasında “Volkswagen” konserninin mühərriki modifikasiya edilmiş 164 min avtomobili satılıb. Bu avtomobillərdən 106 mini “Škoda” markalıdır. Bu barədə məlumat Avropa Komissiyasının “Blesk.cz” nəşrində dərc edilmiş materiallarında yer alıb. ABŞ-dakı müştərilərdən fərqli olaraq, çexlərin vurulmuş ziyanın əvəzini tələb etmək hüququ yoxdur. Avtozavod yalnız pulsuz servislə təmin etməyi öhdəsinə götürür. Avropa komissarı Vera Yourova faktla bağlı “VW” konsernindən ziyanı ödəməyi tələb edib. Amma konsernin baş direktoru Mattias Müller fevralın 6-da baş tutmuş danışıqlardan sonra da Çexiya vətəndaşlarına vəsait ödəməkdən imtina edib. (AZƏRTAC)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh