Sağ qulağını sol əli ilə qaşıyan sürücülər - VİDEO

Yazarlar 8 Fevral 2017 13:22 Oxunub 3484
Sağ qulağını sol əli ilə qaşıyan sürücülər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Manevr qaydalarına əməl etməyənlər konkret qəza şəraiti yaradırlar

Azərbaycanda elementar manevr qaydalarını bilməyən, bilib də əməl etməyən, sağa dönmək üçün sol zolaqla, sola dönmək üçün sağ zolaqla hərəkət edən çoxlu sürücülər var. Onlardan ikisi Avtosfer.az-ın kamerasına tuş gəlib.

Fevralın 7-də Bakının Səməd Vurğun küçəsində hərəkətdə olan «Honda» markalı, 90-KJ-779 qeydiyyat nişanlı avtomobilin sürücüsü sağa - Bakıxanov küçəsinə dönmək üçün ən sol zolaqdan sağa dönərək kobud qayda pozuntusu edir.Videodan da aydın görünür ki, zolaqlar üzrə düzgün yerləşməyən bu sürücü,arxadan düzünə getmək istəyən avtomobillərə də maneə yaradıb.

Bu cür kobud qayda pozan sürücülərdən biri də Abdulvahab Salamzadə küçəsində olub. Belə ki, hərəkətdə olan 90-KV-532 qeydiyyat nişanlı «Nissan X-trail» markalı avtomobilin sürücüsü Salmzadə küçəsinin sağ hərəkət hissəsinə keçmək istəyərəkən sol zolaqdan sağa qəfil keçərək digər sürücülərə təhlükə törədib. «Yol hərəkəti haqqında» qanunun 42 -ci maddəsinin VI hissəsində də qeyd olunub ki, "Sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır".

Amma təəssüflər olsun ki, bu cür sürücülər qaydaları pozmaqla fəxr edirlər. Amma niyə fəxr edirlər, bax bu, məlum deyil. Qayda-qanunla sürənlərə isə "xam" deyirlər. Özləri qəzaya düşəndə də "Kişinin başına iş gələr" deyib keçirlər. Bir də onda görürük ki, həmin kişilərin başına elə iş gəlir ki, gözlərini əbədi yumaraq bu həyatdan köçürlər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh