Gəlin maşınını müşayiət edən avtomobil aşdı: xəsarət alan var - VİDEO

Avtoreyd 8 Fevral 2017 13:36 Oxunub 8408
Gəlin maşınını müşayiət edən avtomobil aşdı: xəsarət alan var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü tuneldə 5 avtomobili ötmək istəyib

Bakıda gəlin maşınını müşayiət edən avtomobil aşıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Ziya Bünyadov prospektində 6 avtomobildən ibarət kortej gəlin gətirməyə gedib. Kortejdəki "Hyundai" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək tuneldə eyni vaxtda 5 avtomobili ötmək istəyib. Nəticədə "Hyundai" beton yolayrıcına çırpılaraq aşıb. Aşan avtomobilin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Prospektin əsas tunelində tıxac yaranıb. Yoldan keçən avtomobil sürücülərinin köməkliyi ilə "Hyundai" yol kənarına çəkilib. Toy karteji yoluna davam edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh