Sürücünü ağladan yol polisi bu imiş - FOTO-su yayıldı

Yol polisi 8 Fevral 2017 15:03 Oxunub 48482
Sürücünü ağladan yol polisi bu imiş - FOTO-su yayıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"O videonu yayanı tapsam ölüsünü trasa qoyacağam"

Ölkə.az bir neçə gün öncə Sabirabadda sürücünü ağladan keçmiş yol polisi Elvin Mövlanovun fotosunu əldə edib.

Xatırladaq ki, hadisə DYP-nin Sabirabad postunda baş vermişdi. 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin Mövlanov adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkmiş və bu görüntülər sonradan sosial şəbəkələrdə yayılmışdı. Mövlanov isə məsələylə bağlı açıqlamasında sözügedən videodan xəbərsiz olduğunu iddia etmişdi: "O videonu yayanı tapsam ölüsünü trasa qoyacağam".

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsi yaydığı açıqlamada hadisə zamanı 99 YP 965 dövlət nömrə nişənlı DYP avtomobilində xidmət aparan hər iki şəxsin işdən azad edildiyi bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh