Özünü maşınların qarşısına atıb sürücüləri şərləyən şəxs tutuldu - VİDEO

Avtoxəbər 8 Fevral 2017 16:51 Oxunub 32412
Özünü maşınların qarşısına atıb sürücüləri şərləyən şəxs tutuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Boynuna alıb ki, narkoman olduğu üçün belə edirmiş

Özünü qəflətən sürətlə şütüyən maşına toxundurur. Sonra isə sürücünü polisə verəcəyi ilə hədələyərək pul tələb edir. Avtosfer.az inter.az-a istinadən xəbr verir ki, Abşeron polisi, günün günorta çağı sürücülərə qənim kəsilən , özünü hərəkətdə olan avtomobillərin altına ataraq onları şantaj edən şəxsi ifşa edib. Əslən Masallı rayonundan olan 42 Yaşlı Zöhrab Abıyev öz pis niyyətli işini Xırdalan şəhərində həyata keçirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib. Dindirilmə zamanı o, bu hərəkətlərini narkotik maddə aludəçisi olduğu üçün törətdiyi deyir. Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, əvvəllər məhkumluq həyatı yaşamış Zöhrab Abıyev ,çirkin əməllərini Bakının bir neçə ərazisində dəfələrlə təkrarlıyıb. Sürücülərdən şantaj yolu ilə əldə etdiyi pulu isə narkotikaya verib. Faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh