Finlandiyada "Formula-1" yarışları keçirilə bilər

Avtoreyd 8 Fevral 2017 18:52 Oxunub 1649
Finlandiyada "Formula-1" yarışları keçirilə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bundan sonra təqvimə daxil olmaq üçün danışıqlara başlayacağıq. Ümid edirəm ki, işlər qaydasında gedəcək"

Finlandiya MotoGP-dən sonra "Formula-1" yarışlarını da qəbul etmək üçün danışıqlara başlamağa hazırlaşır. Avtosfer.az f-1.az-a istinadla xəbər verir ki, Finlandiya çoxlu "Formula-1" pilotları yetişdirsə də, heç vaxt idmanın bu növü üzrə yarışları qəbul etməyib. Hazırda Finlandiyanın paytaxtı Helsinkidə “The Kymi Ring” trasının tikintisi davam edir. Mütəxəssislər isə trasın "Formula-1" üçün əlverişli olub-olmadığını yoxlayırlar. Tras artıq 2018-ci il MotoGP təqviminə daxil edilib və gözünü "Formula-1"-ə dikib. Finlandiya Avtomobil Federasiyasının idman departamentinin rəhbəri Yuhani Pakari deyib ki, MotoGP müqaviləsindən sonra trası "Formula-1" yarışları üçün əlverişli vəziyyətə gətirəcəyik: "Bundan sonra təqvimə daxil olmaq üçün danışıqlara başlayacağıq. Ümid edirəm ki, işlər qaydasında gedəcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh