Alimlərdən yeni kəşf - Qara dəlik 11 ildir bir ulduzu udur

Maraqlı 8 Fevral 2017 19:30 Oxunub 2016
Alimlərdən yeni kəşf - Qara dəlik 11 ildir bir ulduzu udur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kompüter qrafikasına əsasən qara dəlik önümüzdəki 10 il ərzində ulduzu tamamilə udacaq

Amerikalı alimlər planetimizdən 1.8 milyard işıq ili uzaqlıqda olan bir qara dəliklə bağlı yeni məlumat paylaşıblar. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, qara dəlik 11 ildir ki, bir ulduzu udur. ABŞ-ın Nyu Hempşir universitetinin əməkdaşı Daçenq Lin 1990-cı illərdən bu yana qara dəliklərin ulduzları udmasını müşahidə etdiklərini bildirib. Amma müşahidələr zamanı bir ulduzu 1 ildən uzun müddət ərzində udan qara dəliyə rast gəlmədiklərini bildirib. Lin bildirib ki, Yerdən 1.8 milyard işıq ili uzaqlıqda yerləşən bir qalaktikada qara dəlik 2005-ci ildən bir ulduzu udur. Proses hələ də davam edir. Dünya orbitindəki teleskoplardan əldə edilən məlumatları incələyən alim deyib: "Bir ulduzun möhtəşəm və uzunmüddətli ölümünün şahidi olduq". "Harvard-Smithsonian" astro-fizika mərkəzinin tədqiqatçılarından biri, Ceyms də Günəşdən iki dəfə böyük bir ulduzu udan qara dəliyin müntəzəm genişləndiyini müşahidə etdiyini bildirib. Kompüter qrafikasına əsasən qara dəlik önümüzdəki 10 il ərzində ulduzu tamamilə udacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh