Bakıda sürücüləri təhlükəyə atan təhlükəsizlik adacığı - VİDEO

Yazarlar 9 Fevral 2017 00:00 Oxunub 4019
Bakıda sürücüləri təhlükəyə atan təhlükəsizlik adacığı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizlik adacığı təhlükə mənbəyinə çevrilib

Bakının Mehdi Hüseyn küçəsi ilə Teymur Elçin küçəsinin kəsişməsində təhlükəsizlik adacığı mövcuddur. Həmin təhlükəsizlik adacığı bütün sürücüləri narahat edir. Bu adacığın adı təhlükəsizlik adacığı olsa da, əslində, təhlükə yaradır. Həmin yolda hərəkət təşkil olunan zaman bu təhlükə nəzərə alınmalı idi. Avtosfer.az bildirir ki, Mehdi Hüseyn küçəsi ilə hərəkət edənlərə (Nərimanov heykəlindən Şəhidlər Xiyabanına gedən istiqamətdə) sağ və orta zolaqda düzünə hərəkət, sol zolaqda isə ancaq sola hərəkət təşkil olunub. Orta zolaqdan düzünə hərəkət edənlərin trayektoriyası təhlükəsizlik adacığı ilə toqquşduğu üçün sürücülərə bir başa təhlükə yaranır. Orta zolaqla hərəkət edənlərə yaranmış bu maneəni aradan qaldırmaq üçün təhlükəsizlik adacığını kiçiltmək lazımdır.

Ümid edirik ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və «Azəravtoyol» ASC bu məsələni nəzərə alaraq sürücülərin işini asanlaşdıracaq. Çünki orada vəziyyət elədir ki, orta zolaqla hərəkət etmək istəyən sürücülərin əksəriyyəti qayda pozub adacığın üzərinə çıxmamaq üçün tez-tələsik sağ zolağa keçmək istəyir. Bu isə qəza şəraiti yaradır və hərəkətin intensivliyi azalır.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh